Sənaye döşəməsi
Fabrik, anbar, soyuducu kamera və qida istehsalı sahələri üçün poliuretan-sement və epoksid sənaye döşəmə sistemləri — istismar yükünüzə görə hesablanmış qalınlıqda.
İstismar yükünə görə seçilən sənaye döşəmə sistemi
Sənaye döşəməsi dekorativ örtük deyil — istehsal prosesinin bir hissəsidir. Ona görə sistemi sahənin görünüşünə deyil, üzərində işləyən yükə görə seçirik: forklift trafikinə, temperatur dəyişməsinə, yuma rejiminə və istifadə olunan kimyəvi maddələrə.
Ağır yük, temperatur şoku və tez-tez yuma olan sahələrdə poliuretan-sement (PU beton) sistemlər tətbiq olunur: bu sistemlər elastikliyi ilə vibrasiyanı və istilik genişlənməsini udur. Kimyəvi müqavimətin və hamar, tozlanmayan səthin ön planda olduğu sahələrdə isə epoksid sistemlər seçilir.
Sənaye döşəməsində nəticəni görünən üst qat yox, səthin hazırlanması müəyyən edir. Buna görə hər layihədə betonun möhkəmliyini və nəmliyini ölçür, səthi frezeleme və ya shot-blasting ilə hazırlayır, sistemi qat-qat protokollaşdıraraq tətbiq edirik. İstismara buraxılış aktla təhvil verilir.
Poliuretan-sement döşəmə nədir?
Poliuretan-sement (sənayedə PU beton kimi tanınır) poliuretan qatran, sement və mineral doldurucunun birləşməsindən alınan monolit döşəmə sistemidir. Adi qatran örtüklərdən fərqi budur: tərkibindəki sement ona betona yaxın istilik genişlənmə əmsalı verir, poliuretan isə elastiklik — nəticədə səth temperatur şokunda betondan ayrılmır və çatlamır.
Praktikada bu o deməkdir ki, döşəməni qaynar su ilə yumaq, üzərində forklift işlətmək və soyuducu kameradan isti sexə keçid rejimində istismar etmək mümkündür. Sistem hamar, tikişsiz və məsaməsiz olduğu üçün su, yağ və kimyəvi maddələr betona hopmur.
Poliuretan yoxsa epoksid — hansını seçməliyəm?
Seçimi obyektin istismar şərtləri müəyyən edir. Temperatur dəyişməsi, buxar, qaynar su ilə yuma və vibrasiya olan sahələrdə — qida istehsalı, ət və süd sexləri, soyuducu kameralar, sənaye mətbəxləri — poliuretan-sement üstündür. Kimyəvi maddələrlə işləyən, ağır statik yüklü, temperaturu sabit olan sahələrdə isə epoksid daha sərfəlidir.
Bir çox obyektdə hər iki sistem birlikdə işlədilir: istehsal sexində poliuretan-sement, anbar və parkinq hissəsində epoksid. Kəşfiyyat zamanı sahəni zonalara bölüb hər zona üçün ayrı sistem təklif edirik. Epoksid döşəmə həllinə baxın.
Sənaye döşəməsi hansı obyektlərdə tətbiq olunur?
Qida və içki istehsalı sexləri, ət və süd emalı, soyuducu və dondurucu kameralar, əczaçılıq və laboratoriya sahələri, sənaye mətbəxləri, fabrik istehsal xətləri, anbar və logistika mərkəzləri, texniki xidmət sahələri və parkinqlər.
Mövcud betonun vəziyyəti zəif olduqda və ya səth hamar deyilsə, sistemdən əvvəl nivelir qatı tələb olunur. Bu halda əvvəlcə özüyayılan altlıq tətbiq edilir, sonra sənaye örtüyü çəkilir. Ağıllı şap (özüyayılan altlıq) barədə oxuyun.
Sənaye döşəməsinin qiyməti necə hesablanır?
Sənaye döşəməsinin m² dəyəri kataloqdan oxunmur, çünki eyni sahə üçün iki fərqli yük rejimi iki fərqli sistem qalınlığı deməkdir. Qiymətə təsir edən əsas amillər: sahənin ölçüsü, mövcud betonun möhkəmliyi və nəmliyi, tələb olunan sistem qalınlığı, kimyəvi və temperatur yükü, sürüşməyə qarşı səth tələbi və işin növbə rejimində görülüb-görülməyəcəyi.
Buna görə rəqəmi telefonla demirik. Mühəndisimiz obyektə pulsuz baxış keçirir, betonun vəziyyətini ölçür və istismar yükünə uyğun sistemlə birlikdə dəqiq qiymət təklifi hazırlayır. Pulsuz kəşfiyyat üçün müraciət edin.
Üstünlüklər
Sistem və tətbiq göstəriciləri
| Göstərici | Dəyər |
|---|---|
| Sistem növü | Poliuretan-sement (PU beton) və epoksid sistemlər |
| Tətbiq sahələri | Fabrik, anbar, soyuducu kamera, qida istehsalı, sənaye mətbəxi, parkinq |
| Səth hazırlığı | Frezeleme / shot-blasting, betonun möhkəmlik və nəmlik ölçüsü |
| Sistem qalınlığı | İstismar yükünə görə layihə üzrə hesablanır |
| Qiymət | Obyektə pulsuz baxışdan sonra — sahə, yük rejimi və qalınlığa görə |